17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Kəpəz”də ikiqat yubiley: Kubokda 180-ci, səfərdə 70-ci

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Sabah”la səfər matçında “Kəpəz”in futbolçusu Əli Səmədovun vurduğu qol Gəncə təmsilçisi üçün ikiqat yubileylə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, komandaya 2:1 hesablı qələbə və 1/4 finala vəsiqə qazandıran bu top həm yarışda, həm də səfərdəki yubiley qolu olub.

Qərblilər ölkə kuboku tarixində 180-ci qoluna imza atıb. “Kəpəz” bu göstəricidə yalnız üç komandadan - “Qarabağ”, “Neftçi” və “Bakı”dan geri qalır.

Əlinin qolu həm də səfərdəki 70-ci uğur olub. Gəncəlilər yalnız iki komanda - yarışın ən titulluları olan “Qarabağ”la “Neftçi”dən az fərqlənib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30