19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qəbələ"dən "Turan Tovuz"a xatirə hədiyyəsi

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin bugünkü oyun günü Tovuzda start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, matçdan əvvəl qonaq komanda "Qəbələ" meydan sahibi "Turan Tovuz"a xatirə hədiyyəsi təqdim edib.

Bu da Tovuzda Futbol Akademiyasının açılışı ilə bağlıdı. "Qəbələ"nin baş meneceri Zaur Əzizovla Futbol Akademiyasının direktor müavini Nail Kərimov hədiyyəni "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayevə təqdim ediblər. Qəbələlilər hədiyyənin üzərində Tovuz klubuna uğurlar arzuladıqlarını yazdırıblar. Məlumdu ki, 2009-cu ildən istifadəyə verilən "Qəbələ" Futbol Akademiyası hazırda ölkəmizdə ən yaxşı sayılır.

Baş hakim Rauf Allahverdiyevin start fiitndən öncəsə 1 dəqiqəlik sükut olub. Bu da Tovuz klubunun tarixində 5-ci prezidenti, onun dirçəlişinin əsas memarı olan Tahir Yusifovun bu yaxında vəfatıyla əlaqədar onun xatirəsinin yad edilməsi idi.

Xatırladaq ki, yanvarın 16-da "Turan Tovuz"un Futbol Akademiyasının açılış mərasimi olub. FİFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş bu akademiyanın açılış mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev və “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Oqtay Abdullayev iştirak ediblər (Sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31