Ölkə futbolu
Yaşar Vahabzadə: “Məqsəd olmasa, heç nəyə nail olmaq olmaz”
"Baxmayaraq ki, Kubokdakı rəqibimiz turnir cədvəlində axırıncı yerdədi, güclü komandadı. Heyətində yaxşı, təcrübəli futbolçular, milli üzvləri, səviyyəli legionerlər var. İstənilən halda, biz də hazırlaşmışıq və Bakıya gələrək koronavirus testi də verdik".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri sport24.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə bildirib.
Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün saat 17:00-da "Sabah"ın qonağı olacaq gəncəlilər gücünü Premyer Liqa təmsilçisinə göstərməlidi. Vahabzadə I Divizionda rəqiblərindən olan "Zaqatala"nın bu mərhələdə "Səbail"ə çətin anlar yaşatmasına toxunub: "Gördüyünüz kimi, həmin matçda hər şey - sürpriz ola bilərdi. Çalışacağıq ki, istədiyimiz oyunu oynayaq. Əlbəttə, hər bir komandanın oyuna çıxanda məqsədi olur. Kubokda da bu, mərhələ adlamaqdı. Rəqib nə qədər güclü olsa da, hər bir komandanın həmişə qarşısında məqsədi olmalıdı ki, nəyəsə nail olsun. Məqsəd olmasa, heç nəyə nail olmaq olmaz".
Görəsən, "Zaqatala"nın sensasiyaya yaxın olması "Kəpəz"i nə qədər cəsarətləndirib? Ümumiyyətlə, Vahabzadə Premyer Liqa təmsilçisini keçmələrini nə dərəcədə real sayır? "I Divizionla Premyer Liqa arasında böyük fərq var. Bu, istər-istəməz belədi. Bilirsiniz, rəqibdən çəkinmək lazım deyil. Əsas budu. Rəqibdən çəkinsən ki, yox, o məndən çox güclüdü, onda bir az çətin olacaq. Çəkinməyəndə, futboldu, hər şey ola bilər. Bəli, "Səbail" uddu, çünki ustalığı vardı, heyətdə dəyişikliklər etdi, bir neçə əsas heyət üzvü ikinci hissədə meydana çıxdı. Nəticədə oyunun bütün ab-havası dəyişdi. İstənilən halda, çalışmaq, sonadək oynamaq, nizamlı-intizamlı oynamaq lazımdı. Onda nəsə əldə eləmək olar. Əlbəttə, bu amil də var ki, Premyer Liqa təmsilçiləri Kubokda heyətdə rotasiyalar edir və bu da rəqibinə şans yaradır. Gördük ki, "Səbail"də nə qədər oynamayan futbolçular çıxış etdi. Onlar əsas komandayla məşq edən oyunçulardı. Sadəcə, çempionat matçlarında az meydanda olurlar".
Təcrübəli mütəxəssis gənc futbolçularına idmançı aqressivliklərini göstərmələri üçün cəsarətli oynamağı tövsiyə edir: "Futbolçunun xarakteri olmalıdı. Bunu çempionat matçlarında da yetirmələrimə demişəm. Futbolçu bir oyunçu kimi öz xüsusiyyətlərini meydançada göstərməlidi. Baxmayaraq ki, qarşındakı rəqib səndən güclüdü. O, ustalıq səviyyəsinə, texniki cəhətlərə görə səndən üstün ola bilər. Ancaq əzmkarlıq, istək olsa, nəyəsə nail olmaq mümkündü. Çalışacağıq ki, komandamızda bu keyfiyyətlər olsun. Qalan şeyləri oyunun gedişatı göstərəcək."
Vahabzadə heyətlə bağlı son durumu da açıqlayaraq itkilərinin olmalarını vurğulayıb: "Komandaya yeni götürdüyümüz Hikmət Verdiyevin dizində bir az problem var. O, bu matçda iştirak etməyəcək. Bir də Nihad Fərəclinin körpücük sümüyü qırılıb. Bu iki nəfərdən başqa bütün futbolçularımız şükürlər olsun ki, hazırdı. Bizdə qış hazırlığı yenə davam edir, çünki çempionatımız fevralın 10-da başlayır. Düzdür, keçirdiyimiz iki yoxlama matçında müəyyən çatışmazlıqlarımız vardı. Ancaq müəyyən məqamlar - o vaxtadək keçdiyimiz məşqlər, futbolçuların fiziki durumları bizi qane elədi".
Xatırladaq ki, 4 dəfə Azərbaycan Kubokunun qalibi olan "Kəpəz" qış fasiləsində yoxlama matçlarında Bakda "Neftçi"yə 0:1 uduzub, Tovuzda "Turan Tovuz"u 2:0 hesabıyla məğlub edib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
-
11:41
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
-
11:23
NTD bir neçə basketbolçu ilə yollarını ayırıb
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:34
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
-
10:19
“Neftçi” hazırlığını davam etdirir
-
10:06
İngiltərə – İspaniya matçında 5 qol VİDEO
-
09:45
Gimnastlarımız dünya çempionatında bürünc medal qazanıblar
-
09:30
Millimiz səfərdə Litvaya qarşı
-
16:49
Formula 1 Azərbaycan Qran-prisinin qalibi məlum oldu
-
16:00
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
-
15:51
"Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
-
14:27
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
12:38
“Neftçi”nin üzvü Hondurasa qol vurdu, komandası qalib gəldi VİDEO
-
12:09
"Formula 2": Rafael Kamara Bakıda qalib oldu
-
11:45
"Qarabağ"ın legioneri millisinə qələbə qazandırdı VİDEO
-
11:23
“Neftçi”nin yarımmüdafiəçisi Burkina Fasodan 1 xalla qayıtdı
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
Boks millimiz Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
-
09:41
"Zirə" də Çempionlar Liqası ilə vidalaşdı
-
09:24
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
27.09.2026
26.09.2026
25.09.2026
24.09.2026
























