19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Aftandil Hacıyev: “Geridönüş etmək bizi sevindirdi”

"Bilirdik ki, bizi qarşıda ağır qrafik gözləyir. 3 gün öncə "Neftçi" ilə oynamışdıq. Bu səbəbdən heyətimizdə böyük dəyişiklik etdik. Daha az oynayan futbolçulara şans verdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində 1-ci divizion təmsilçisi "Zaqatala"nı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis rəqibi layiqli oyun münasibətilə təbrik edib: "Yüksək liqada bölgə klubları az olsa da, futbolun inkişafı sevindirici haldır. Onlar hər an elitada oynamağa hazır olduqlarını nümayiş etdirirlər. Rəqib aşağı dəstənin ən mübariz komandalarından biridir. Oyunun sonunadək bizə çətin anlar yaşatdılar. Hətta ilk hissədə hesabda önə keçməyi də bacardılar. Amma ikinci yarıda bəzi təcrübəli oyunçularımızı meydana daxil etdikdən sonra daha çox hücum etməyi bacardıq və istədiyimiz qolları vura bildik. Ağır oyun oldu. Amma rotasiyaya əl atmağa məcbur idik".

Hacıyev bu gün uduzmadıqları üçün sevincli olduğunu söyləyib: “Komandamı təbrik edirəm. Geridönüş etmək bizi sevindirdi. Bütün dünyada belə oyunlar olur. Hətta məşhur komandalar aşağı dəstə təmsilçilərinə uduzurlar. Almaniyanın "Bavariya" klubunu buna misal çəkmək olar. Amma şükürlər olsun ki, bu gün biz məğlub olmadıq".

Yanvarın 28-də Premyer Liqanın 5-ci turundan təxirə salınmış görüşdə "Qarabağ"la qarşılaşacaqlarını xatırladan Hacıyev həmin matçda əsas heyət üzvlərinə şans verəcəyini söyləyib: "Növbəti oyunlara hazırlaşacağıq. Kubokda da yolumuza davam edirik. "Qarabağ"dan sonra bütün fikrimizi yenidən kubok matçına yönəldəcəyik".

Qeyd edək ki, "Səbail" ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la qarşılaşacaq (“Report”).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31