24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Zirə”dən 100-cü qol

“Zirə” Azərbaycan Premyer Liqasında keçirdiyi ev oyunlarında 100-cü qola imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, 14-cü turun “Qəbələ” ilə qarşılaşmasına təsadüf edib.

2:0 hesabı ilə başa çatan qarşılaşmada “qartallar”ın ikinci qoluna imza atan Davit Volkov yubiley qolunun müəllifi olub.

“Zirə” bunadək öz meydanında keçirdiyi 76 oyunda 98 qol vurmuşdu. 100-ə 77-ci matçda çatan komandanın orta məhsuldarlığı 1,30-a bərabərdir.

Qeyd edək ki, “Zirə”nin evdəki 1-ci qolunu Viktor İqbekoyi vurub. O, 2015-ci avqustun 9-da AZAL-la ev görüşündəki yeganə topun müəllifi olub. “Zirə”nin öz meydanındakı 50-ci qolu isə 2017-ci il oktyabrın 14-nə təsadüf edib. “Kəpəz” üzərində 3:0 hesablı qələbədə ikinci qola imza atan Təmkin Xəlilzadə yubiley topunun müəllifi olub

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30