Ölkə futbolu
Aftandil Hacıyev: "Əfran İsmayılovun ən yaxşı olması cavanlar üçün utancdır"
"Yenidən futbol həyəcanı qayıtdı. Bu gün meydanda hər iki komandanın istəkli olduğu görsəndi. Maraqlı oyun alındı. Hər iki hissədə qol epizodları yarandı. Səhvlər də oldu, bunlar bizə istədiyimiz sonluğu gətirməyə imkan vermədi. Amma futbolçulardan razıyam, çətinmədən oynadılar".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XIV turunda "Neftçi"yə evdə 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, rəqib təcrübəli futbolçuları və yeni baş məşqçisi Samir Abasovun oyun üslubu sayəsində öz sözünü deyir: "Bu matç bizim üçün göstərici deyil. Rəqibin qarşıdakı hədəfləri bizdən fərqlənir. Amma o demək deyil ki, kimdənsə çəkinək. Ən azı bir xal qazana bilərdik. Səhvlərdən qollar buraxdıq. Futbolçular ikinci qoldan sonra daha da irəli atıldılar. Rəqibi təbrik edirəm və uğurlar arzulayıram".
Baş məşqçi deyib ki, 1:2 hesabı ilə geriyə düşəndə hesabla barışmaq istəməyiblər: "Neftçi"nin yüksək səviyyəli oyunçuları var ki, matçın taleyini həll etdilər".
Hacıyev komandasını qarşıda ağır qrafikin gözlədiyini də vurğulayıb: "3 gün sonra Zaqatala ilə matça hazırlaşacağıq. İlk hissədə son saniyələrdə qol buraxmaq futbolçulara təsir etdi. Futbolçuların fiziki durumu da hamısında eyni deyil. "Neftçi"yə qarşı isə hər xırda detal önəmlidir. İki qoldan sonra nə qədər çalışdıq, amma alınmadı. Qol epizodları yaratsaq da, yararlana bilmədik. Tək Əfran İsmayılov yox, digər oyunçular da səhv etdilər. Bəzən sonluq istədiyimiz kimi alınmır".
Baş məşqçi bəzi gənc oyunçuların qeyri-sabit oynamasına da münasibət bildirib: "Turan Manafov U-21-də oynayır, amma digərləri millidə yoxdur. Çalışırıq ki, onları qazanaq. Bu gün hazır olmayana şans vermirik. Əfran bu mövqedə ən yaxşıdırsa, cavanlar üçün utancvericidir. Komanda sayı çox olsaydı, onları digərlərinə oynamaq üçün icarəyə verərdik. Gənclərlə bağlı problemlər var".
Hacıyev transferlərin gecikməsini bu cür əlaqələndirib: "Klubda bunu görən şəxslər olmalıdır, amma bizdə məşqçilərin üzərinə yük düşür. Şərtlər də çətindir. Hər futbolçu gəlmir. Seleksiya işimiz nəticəsində gec də olsa, istədiyimiz oyunçuları cəlb edirik. Birini yekunlaşdırmışıq, biri də yoldadır. Müdafiəçi də almaq istəyirik. Mən də istəyirəm ki, yaxşı, keyfiyyətli və bahalı futbolçular alaq. Məcburuq ki, vəziyyətə uyğun hərəkət edək. Tez bir zamanda müdafiəçi və dayaq yarımmüdafiəçisi almaq niyyətindəyik".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- “Qarabağ”a qarşı namərdlik
- Cavadovdan “Dinamo”ya dəstək
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- Klub rəsmisindən AFFA-ya cavab: “Bunlar “Neftçi”yə eyham vurularaq istifadə edilə bilməz”
- Santuşla əlimiz bala batdı, qaldı Rui Jorge?..
- “Füzuli Məmmədovun gəlişindən sonra komanda daha xarakterli olub”
- “Sumqayıt”ın dərdi nədir? - QEYD
- Ehtiram Quliyev: “Hazırkı büdcə ilə bu futbolu oynaya bilərik”
- “Nəticələr yaxşıdırsa, Kurban Berdıyevdən necə razı qalmamaq olar?"
- Millimizdə portuqaliyalı baş məşqçi
- “Sumqayıt”ın kapitanı: “Bu sualın cavabını özümüz də axtarırıq"
- Leandro Andrade: “Bundan da yaxşısını edə bilərik”
- Yamal "Barselona"ya qələbə qazandırdı
-
10:10
Abdullah Zubir: “Razıyam, baxımlı qol alındı”
-
09:43
"Milan" "Napoli"yə uduzdu VİDEO
-
09:31
“Turan Tovuz”un səfər, “Zirə” və “Araz-Naxçıvan”ın ev sınağı
-
21:49
Qurban Qurbanov: “Hakimlər sanki bir az təzyiq altındadır, Allah köməkləri olsun”
-
21:08
Füzuli Məmmədov: "Acı məğlubiyyət aldıq”
-
20:51
"Qarabağ" 7 qolla qalib gəldi
-
20:24
Dadaşovun komandası heç-heçəyə razılaşdı
-
19:36
II Liqada 21-ci tur start verildi
-
19:07
AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
-
18:43
Millimiz Moldova yığmasına qalib gəldi
-
18:15
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər açıqlandı
-
17:52
Azərbaycan güləşçisi ABŞ-də bürünc medal qazanıb
-
17:29
"Fənərbaxça" ciddi itki ilə üzləşdi
-
17:00
Hamı yaxşı, bircə Əliyar pisdir?
-
16:32
Aleksandr Ramalinqom: “Anlaya bilmirəm ki, nəticə necə belə oldu”
-
16:16
"Şəki" Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib
-
15:01
Rəhim Həsənov Əliyar Ağayevi yenə haqsız çıxardı: “Turan Tovuz”un 2 penaltisi verilməyib
-
14:24
Millimizə 23 futbolçu çağırıldı
-
13:47
“Şəfa” - “Səbail” oyunu ona tapşırıldı
-
12:53
Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
12:35
Avropa çempionatında Azərbaycanı 14 şahmatçı təmsil edəcək
-
12:16
Azərbaycan yelkənçiləri Sloveniyada beynəlxalq turnirdə iştirak ediblər
-
11:28
İngiltərə kubokunun yarımfinal cütləri müəyyənləşib
-
11:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:49
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır”
-
10:31
Derbini "Fənərbaxça" qazandı VİDEO
-
10:14
Futzal millimiz məşqlərə başlayıb
-
09:57
"İnter" - "Roma" matçında 7 qol VİDEO
-
21:28
Antalyada 8-ci Etnospor Forumu baş tutub FOTOLENT
-
21:12
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:58
Saşa İliç: “Neftçi” kimi komandalar bu cür səhvləri bağışlamır”
-
20:39
Vernidub: “Əlimi ürəyimin üstünə qoyub həmin matçları səbirsizliklə gözləyirəm”
-
20:06
Vensan Abubakar: “Qarşıdakı hər matç "Neftçi" üçün finaldır”
-
19:55
"Neftçi" "Sumqayıt”ı məğlub etdi
-
19:10
Azər Bağırov: "Uduzacağımızı gözləyirdim"
-
18:47
Kaxaber Sxadadzedən qələbə şərhi
-
18:28
Bədii gimnastlarımız beynəlxalq turniri 6 medalla başa vurublar
-
18:04
"Qəbələ" "Kəpəz"i 2 qolla üstələdi VİDEO
-
16:25
Cüdoçularımız Avropa Kubokunda 24 medal qazanıblar
-
15:42
“Karvan-Yevlax”ın sabiq futbolçusu İslandiya klubunda
-
14:19
"Çelsi" 7 cavabsız qolla yarımfinalda VİDEO
-
13:51
İsgəndərlinin komandası xalsız qaldı
-
12:36
"Atletiko" - "Barselona": 1 qırmızı vərəqə, 3 qol VİDEO
-
12:20
Joni Montiel: “Kim deyir ki, “Qarabağ” çempionluqdan əlini üzüb?”
-
12:07
“Qalatasaray” “Trabzonspor”a məğlub oldu VİDEO
-
11:43
“Əksər komandalarda “İsgəndər Cavadov” akademiyasının futbolçuları var”
-
11:18
“Arsenal” kubokla vidalaşdı VİDEO
-
10:54
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
“Bavariya”dan möhtəşəm geridönüş VİDEO
-
10:22
Axundzadə ABŞ-da ikinci oyununa çıxdı
07.04.2026
06.04.2026
05.04.2026























