Ölkə futbolu
Kramarenko: “Bu, çox şərəflidir”
"Təbriklərinizə və göstərdiyiniz diqqətə görə çox sağ olun. Hər şeydən əvvəl məni qapıçı məşqçisi vəzifəsinə dəvət etmək qərarına görə klub rəhbərliyinə, baş məşqçi Viktor Qançarenkoya, eləcə də İqor Akinfeyevə təşəkkür edirəm. ÇSKA-nın böyük ənənələrə sahib bir klub olduğu və hər zaman ən yüksək yerlər uğrunda mübarizə apardığı nəzərə alınaraq bu, çox şərəflidir".
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko ÇSKA-ya (Rusiya) təyinatı ilə bağlı klubun saytına müsahibəsində deyib.
O, ilk məşqin yaxşı keçdiyini bildirib: "Rusiyanın ən yaxşı qapıçısı hesab etdiyim İqorla yanaşı, yetirmələrimiz Slava və Dankanın olması sevindirici haldır. Təlim ayı ərzində hərtərəfli, səmərəli və maraqlı bir iş görəcəyik".
48 yaşlı mütəxəssis ÇSKA-nın təklifini nə qədər tez qəbul etdiyi ilə bağlı sualı belə cavablandırıb: "Həqiqətən də gözlənilməz təklif idi. Üç ildir ki, Azərbaycan yığmasında çalışıram, qərar Yeni il ərəfəsində verildi. Rəhbərliklə söhbət etdik, görüşdə Roman Babaev, Viktor Qonçarenko və Vasili Berezutski iştirak etdi. Danışığımız uzun çəkmədi, hamısı futbol adamıdır. Hər iki işi eyni anda görə biləcəyim qənaətinə gəldik. Sonra AFFA rəhbərliyi ilə əlaqə saxladım, orada da mənimlə görüşdülər. Nəticədə hamımız bunu sınayacağımıza dair ortaq qərara gəldik”.
Kramarenko işinin metodologiya baxımından necə qurulacağı ilə bağlı deyib: "Düşünürəm ki, heç bir çətinlik olmayacaq. İgor Akinfeyevlə bir-birimizə hörmətimiz var, onu hələ gənc vaxtlarından xatırlayıram, 16-17 yaşındaydı və o zaman təcrübəli qapıçı rolunda idim. Bir daha təkrar edirəm ki, o, Rusiyada 1 nömrəli qapıçıdır. Ümid edirəm ki, peşəkarlığı ilə hamımızı uzun müddət sevindirəcək. Namizədliyim təklif edildikdə, dəvətimdə həlledici rolu olan İqor idi.
Öz məşq metodum var, yaxşı məşqçilərdən - mərhum atamla yanaşı, Nikolay Qontaryadan və Vyaçeslav Çanovdan çox şey öyrənmişəm. Onlar təcrübələrini mənə ötürdülər. Özüm məşqçiliyə başlayanda müvafiq diplomların verildiyi Minsk, Riqa, İstanbulda çoxsaylı kurslara getmişəm. Müasir futbolun yeniliklərini öyrənmək baxımından çox maraqlı idi. Çox adam xarakterimi bilir. Mən bağırmaq, qışqırmaq tərəfdarı deyiləm. Tənqid və tələbdən daha çox şey göstərir və soruşuram. Çoxları bu üslubu bəyənməyə bilər, amma bu, çox vaxt bizə kömək edir".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- Berdıyevdən mini master-klass
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
- Futzal millimiz Gürcüstanla qarşılaşacaq
- “Berdıyevin necə güclü məşqçi olduğunu hələ Rusiyada çıxış edərkən bilirdim”
- "Turan Tovuz" üçüncü pilləyə yüksəldi, Sumqayıtda qalib aşkarlanmadı
- Cenk Sümer: “Banişevskinin xatirəsini yaşatmaq hər bir “Neftçi”sevərin borcudur”
- “Neftçi” Banişevskinin məzarı önündə
- "Araz-Naxçıvan”dan qələbə
- "Turan Tovuz"dan vacib qələbə
-
11:36
Futzal millimizin toplanışına 18 oyunçu dəvət alıb
-
11:19
PSJ-dən 4 qollu qələbə VİDEO
-
11:00
Zamiq Əliyevin komandasından heç-heçə
-
10:43
"Çelsi" "Everton"la bacarmadı VİDEO
-
10:25
Cəlalın komandası səfərdə coşdu
-
10:12
"Bavariya"dan darmadağın VİDEO
-
09:54
Qərəz, yoxsa antipatiya? - YAZI
-
09:37
"Milan" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:36
Axundzadə MLS-də debüt etdi
-
19:23
"Turan Tovuz"dan növbəti qələbə VİDEO
-
18:59
Kurban Berdiyev: “İddialı danışmaq üçün hələ çox tezdir”
-
18:41
Sxadadze: “Məsuliyyətdən qorxmuram”
-
18:17
Mahir keçmiş komandasına qarşı oynadı
-
18:00
“Turan Tovuz”dan vacib qələbə
-
17:22
Hidayət bürünc medal qazandı
-
13:35
Ruan Renato: “Şans verilsə, Azərbaycan millisində oynamağa hazıram”
-
12:48
"Milan"da ciddi itki
-
11:54
“Qarabağ” iki legioneri milliyə dəvət aldı
-
11:23
"Mançester Yunayted" qələbəni əldən verdi VİDEO
-
11:01
Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
Dadaşovun komandası lideri məğlub etdi
-
09:37
"Napoli" 3 xalı tək qolla qazandı VİDEO
-
22:42
"Neftçi" "İmişli"ni meydana çıxmağa peşman etdi VİDEO
-
22:00
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
-
21:23
“Qarabağ” uduzdu, “Neftçi”dən darmadağın
-
20:38
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
-
19:09
"Qarabağ" "Kəpəz"ə məğlub oldu VİDEO
-
18:46
Azər Bağırovdan qələbə şərhi
-
18:31
Qurban Qurbanov: “Penalti olduğunu düşünürəm, Rauf Cabbarov da sağ olsun”
-
17:25
“Zirə”dən Ruanda yığmasına
-
16:54
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
-
15:17
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
-
14:00
Orxan Məmmədov: “Heyətimizə əl gəzdirsək, bu məqsədə çata bilərik”
-
13:42
Millimizə 27 futbolçu dəvət aldı
-
12:38
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
-
12:23
Basketbol millimiz Türkiyədə bürünc medal qazanıb
-
11:49
“Qarabağ”ın hücumçusu Kolumbiya millisindən kənarda qaldı
-
11:06
"Böyük Dəbilqə": İlk gündə 4 cüdoçumuz mübarizəyə start verir
-
10:51
"Selta" "Lion"u mübarizədən kənarlaşdırdı VİDEO
-
10:35
"Qarabağ"ın səfər, "Neftçi"nin ev sınağı
-
10:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
II Liqada 22-ci turun oyun cədvəli açıqlandı
-
09:47
"Beşiktaş"ın qələbəsi VİDEO
-
09:30
“Neftçi”dən azarkeşlərə çağırış: Novruz ab-havalı fan-zona sizi gözləyir!
-
23:31
"Neftçi" "İmişli" ilə oyuna hazırdır FOTOLENT
-
22:47
"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
22:19
U-21 millimizin heyəti açıqlandı
-
21:22
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
-
21:05
"Zirə" "Karvan-Yevlax"a çətinliklə qalib gəldi
22.03.2026
21.03.2026
20.03.2026
19.03.2026























