19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Zirə" - "Qəbələ": 23-cü duel

Azərbaycan Premyer Liqası çərçivəsində “Qəbələ” 2021-ci ildə ilk oyununu “Zirə”yə qarşı keçirəcək.

Futbolxeber.az-ın "Qəbələ"nin saytına istinadən verdiyi məlumata görə, XIV turun qarşılaşması Bakıda baş tutacaq.

Bu, ilk dövrədə 1:1 hesablı heç-heçə edən rəqiblərin ümumilikdə 23-cü dueli olacaq. İndiyədək komandalar 20 çempionat və 2 kubok matçında üz-üzə gəlib. Bu qarşılaşmalarda 9 qələbəsi olan “qırmızı-qaralar” eyni sayda heç-heçəyə nail olub və yalnız 4 dəfə uduzub.

Rəqib qapısından 32 top keçirən əyalət təmsilçisi 19 top buraxıb. Bu oyunlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu 4 qola imza atan Aleksey Qaydır. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopez 2 qola sevinib. Ümumilikdə isə komanda ardıcıl 6 matçda meydanı qolsuz, 7 oyunda xalsız tərk etməyib.

Premyer Liqadakı 20 görüşdən yeddisində 3, doqquzunda 1 xal əldə edən “qırmızı-qaralar” 4 dəfə meydandan məğlub ayrılıb. Komanda 25 qol vurduğu matçlarda 17 top buraxıb.

Səfərdə 11 qarşılaşmaya çıxan “Qəbələ” rəqib meydanında 4 dəfə qalib gəlib, 3 dəfə məğlub olubsa, 4 matç sülhlə nəticələnib. “Qırmızı-qaralar” bu görüşlərdə 15 qol vurub və 11-ni buraxıb.

Xatırladaq ki, “Zirə” - “Qəbələ” matçı yanvarın 21-də keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30