Ölkə futbolu
Şakir Qəribov: "Neftçi" gəncliyimiz, bugünümüz, sabahımızdır"
Bu gün "Neftçi”nin veteran futbolçusu Şakir Qəribovun 65 yaşı tamam olur.
Futbolxeber.az saytının məlumatına görə, 1956-cı ildə dünyaya gəlmiş müdafiəçi 1978-1984, 1987-1988-ci illər ərzində "Neftçi”nin heyətində 219 oyun keçirib, 8 qol vurub. O, 2009-2010-cu illərdə “ağ-qaralar”ın məşqçisi olub. Klubun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib.
- Doğum gününüz mübarək, Şakir müəllim! Bu günü necə qeyd edəcəksiz?
- Çox sağ olun! Evdə, ailəmlə birlikdə qeyd edəcəm.
- İndiyədək ən yaddaqalan doğum gününüz, aldığınız ən yaddaqalan hədiyyə hansı olub?
- Ən yaxşı hədiyyə can sağlığı və ətrafında olan insanlardır. 60 illik yubileyim təntənəli oldu. "Neftçi” rəhbərliyini dəvət etmişdim. Bütün kollektiv, o cümlədən, Müşahidə Şurasının sədri, hörmətli yazıçımız Çingiz Abdullayev, şura üzvü Bəhram Bağırzadə, klub prezidenti də gəlmişdi. Sağ olsunlar, yaxından iştirak edib "Neftçi” formasını hədiyyə etdilər. Amma yenə deyirəm, ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir.
- "Neftçi”nin heyətində 219 oyun keçirmisiz. Onların arasında hansı daha unudulmazdır?
- Bakıda Moskva "Spartak”ını 4:3 hesabı ilə məğlub etmişdik. Rəqib qapıda SSRİ yığmasının ulduzu Rinat Dasayev dayanmışdı. 4 top buraxmasına baxmayaraq, çoxlu sayda qurtarışlarına görə oyundan sonra "Spartak”ın ən yaxşısı kimi ona mükafat verirdilər, amma gəlib götürmədi. Buna görə azarkeşlərimiz onu fitə basdılar. Bizdən isə "ən yaxşı oyunçu” mükafatını biri qələbə qolu olmaqla Dasayevə iki qol vuran Səmədağa Şıxlarova verdilər.
- Müdafiəçi olsanız da, rəqib qapılarından 8 top keçirməyə imkan tapmısız. Sizin üçün ən unudulmazı hansıdır?
- Tbilisi "Dinamo”su ilə oyunlarda 3 qola imza atmışam. Bunlardan ikisini Tbilisidə, birini isə Bakıda vurmuşam. Səfərdə 2:1 qalib gəlmişdik. Həmin matçdakı qolum həm yaxşı alındığı, həm də qələbə qolu olduğu üçün unudulmazdır. Rəqib heyətinin əksəriyyəti yığmanın üzvləri idi. Kipiani, Daraseliya, Çivadze, Sulakvelidze, Qabeliya, Qutsayev, Şengeliya, Çelebadze kimi futbolçuları vardı. Stadionları 80 min azarkeş tuturdu. Futbolçular meydana çıxanda bir tərəfdən musiqi, digər tərəfdən də bütün azarleşlərin "Dinamo” deyə qışqırmasından başımız gicəllənirdi. Buna görə də "Dinamo”nu səfərdə məğlub etmək çox çətin idi.
- Yəqin ki, "Neftçi”nin oyunlarını izləyirsiniz. Hətta "Neftçi TV”nin canlı yayımında "Oyun günü” verilişinin qonağı da olmusuz...
- Bəli, "Zirə” ilə matçda "Neftçi TV” məni dəvət etmişdi. Demək olar, "Neftçi”nin "Bakcell Arena”dakı bütün oyunlarına baxıram.
- Ümumiyyətlə, "Neftçi” sizin üçün nə deməkdir?
- "Neftçi” doğma evimiz, doğma komandamızdır. Həyatımızın ən yaxşı vaxtlarını "Neftçi”də keçirmişik. "Neftçi” gəncliyimiz, bugünümüz, sabahımızdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Rövşən Hüseynli: “Bu, “Araz-Naxçıvan”ın tarixində ən çətin iki çempionluqdan biridir”
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
- “Qarabağ”ın çəkisi çox ağırdır”
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
-
19:53
IV Avropa Oyunlarında iştirak üçün kvota qazandı
-
18:38
"Neftçi"nin Çempionlar Liqasındakı rəqibi bilindi
-
17:22
"Zirə"nin hazırlıq planı müəyyənləşdi
-
17:06
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
-
16:49
Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
-
16:14
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
-
15:57
“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
15:31
"Şəfa"da daha üç ayrılıq
-
15:03
İsmail Kartal yenidən “Fənərbaxça”da
-
14:45
Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək
-
14:20
"Araz-Naxçıvan"dan ilk transfer
-
13:52
"Səbail" Adil Şükürovla yolları ayırdı: xələfi də məlumdur
-
13:38
“Qəbələ”dən “Şahdağ Qusar”a
-
13:16
“Difai”də yeni baş məşqçi
-
13:09
Sekidikanın yeni klubu müəyyənləşdi
-
12:44
Qana sonda sevindi VİDEO
-
12:27
Taekvondoçularımız klublararası Avropa çempionatında 6 medal qazanıblar
-
11:51
“Şəfa”nın göyə sovurduğu 300 min manat
-
11:33
Azərbaycanın 6 çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:00
"Qarabağ"ın rəqibindən qələbə
-
10:42
İngiltərə - Xorvatiya matçında 6 qol VİDEO
-
10:28
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:56
DÇ-2026: “Turan Tovuz”un futbolçusu ehtiyatda qaldı
-
09:39
Özbəkistan - Kolumbiya oyununun ən yaxşısı kim seçildi?
-
09:17
Portuqaliya heç-heçə ilə başladı VİDEO
-
00:24
Ronaldodan tarixi göstərici
-
00:01
Portuqaliya - Konqo matçının ən yaxşısı o seçildi
-
19:15
"Qarabağ"dan daha bir transfer
-
18:37
Türam İngiltərə klubunun təklifini geri çevirdi
-
18:00
"Şəfa"da yeni müqavilə
-
17:43
Qaxda 184 yeniyetmə cüdoçunun iştirakı ilə region birinciliyi keçiriləcək
-
16:52
Holand bunu bacaran ilk norveçli oldu
-
16:26
Konfrans Liqası: “Neftçi” və “Zirə”nin rəqibləri bilindi
-
15:44
Deşam: “Mbappe dünya çempionatında qol vurmaq istəyir, yoxlama oyunlarında yox”
-
15:31
"Qarabağ" Medinanın gedişini açıqladı
-
15:08
Avroliqa: "Qarabağ"ın ikinci mərhələdəki potensial rəqibi bilindi
-
14:29
Messi dünya çempionatlarında het-trik edən dördüncü argentinalı oldu
-
14:17
ÇL: "Sabah"ın püşkdə yenə bəxti gətirdi
-
13:53
Basketbol millimiz Tbilisidə iki qələbə qazanıb
-
13:35
Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçumuz mübarizə aparacaq
-
13:19
Sınmaq yox, daha güclü olmaq lazımdır...
-
12:43
Azərbaycanı Balkan çempionatında 7 atlet təmsil edəcək
-
12:20
Oloxan Musayev Tunis Qran-prisində gümüş medal qazanıb
-
12:06
Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
-
11:54
"Araz-Naxçıvan"da yeni müqavilə
-
11:32
Norveç millisi İraqa şans tanımadı VİDEO
-
11:18
Cəlal Rumıniya klubunda
-
10:39
Fransadan DÇ-20226-ya uğurlu start VİDEO
-
10:21
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
18.06.2026
17.06.2026























