26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

FİFA reytinqində irəlilədik

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan yığması 8 pillə irəliləyərək, 107-ci yrə yüksəlib. Hazırda millimizin aktivində 315 reytinq balı var.

Dünya reytinqində əvvəlki kimi İspaniya başçılıq edir. 2 pillə irəliləyən Argentina ikinci yerə yüksəldiyi halda, Almaniya 1 pillə geriləyərək, üçüncü yerə enib. İtaliya millisi sıralamada dördüncü, Kolumbiya beşinci, Belçika altıncı, Uruqvay yeddinci, Braziliya səkkizinci, Hollandiya doqquzuncu, Xorvatiya isə onuncudur. Fatih Terimin gəlişindən sonra toparlanan Türkiyə yığması isə 9 pillə irəliyərək, 49-cu yerə yüksəlib.

DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Portuqaliya millisi 4 pillə geriləyərək, 11-ci yerə yuvarlandığı halda, Rusiya 1 pillə irəliləyərək, sıralamada 15-cidir. Digər rəqiblərə gəldikdə, 6 pillə geriləyən İsrail 69-cu, 23 pillə irəliləyən Şimali İrlandiya 86-cı, 14 pillə irəliləyən Lüksemburq isə 126-cıdır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30