19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Samir Abasov: "Yaxşı hücumçu tapsaq, alacağıq"

"İndiki məqamda kimisə göndərmək niyyətimiz yoxdur. Amma sabah hər hansı futbolçu getmək istədiyini desə, onu saxlamayacağıq. Prins İbarada da belə oldu. Burada xoşbəxt deyildi. Çempionata uyğunlaşa bilmədi. Danışdıq, getdi".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov yarımmüdafiəçi Saman Nərimancahanın komandadan ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirərkən deyib.

42 yaşlı mütəxəssis nəinki iranlı futbolçunu, heç bir oyunçunu göndərmək barədə düşünmədiyini bildirib: "Saman az oynayır deyə belə xəbərlər yazılır. Hazırda heyətdə olan bütün futbolçuların qalmasını istəyirəm".

Yeni transferlər barədə də danışan Abasov bir hücumçu almaq istədiklərini söyləyib: "Bu mövqe üçün vakansiyamız var. Bilirsiniz ki, əlimizdə yalnız bir forvard qalıb, o da Mirabdulla Abbasovdur. Namiq Ələsgərovu da qeyd edərdim, amma o, sırf hücumçu deyil. Yaxşı oyunçu olsa, götürmək istəyirik. Lakin alınmasa, dərd etməyəcək, başımıza döyməyəcəyik. Çünki hazırkı heyət bizi qane edir".

Qeyd edək ki, "Neftçi" yanvarın 4-dən 21-dək "Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışı keçəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30