26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”: 2020-ci ildə 19 oyun

Başa çatmaqda olan 2020-ci il son günlərini yaşayır.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ”nin əsas komandası bu il yalnız Premyer Liqada meydana çıxıb.

Komanda bu müddətdə 19 rəsmi oyun keçirib. Buna koronavirus pandemiyası səbəb olub. “Qırmızı-qaralar” sona çatdırılmadan yekunlaşan 2019/20 mövsümündə cəmi 6 matça çıxıb, cari çempionatda isə 13 görüşdə qüvvəsini sınayıb. Hər iki mövsümün kubok görüşləri də baş tutmayıb.

“Qəbələ”  2020-ci ildə 5 qələbə qazanıb, 6 heç-heçə edib və 8 dəfə uduzub. Rəqib qapılarından 24 top keçirən futbolçular 31 qol buraxıb. 9 ev oyununda 2 qələbə və eyni sayda məğlubiyyəti olan “qırmızı-qaralar” 5 heç-heçə edib. Top fərqi “Qəbələ”nin xeyrinə olub - 13:11.

Səfərdə daha çox - 10 görüş keçirən komanda 3 qələbə və 1 heç-heçəyə imza atıb. 6 məğlubiyyəti olan “Qəbələ” 11 top vurub və 20-ni buraxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30