19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Səbail"in üzvü: "Çempionatın dayanması heç birimizə xoş deyildi"

“Qəbələ” ilə qarşılaşmada rəqib qapısına cərimə zərbəsindən yol tapmaqla “Səbail”də ilk qoluna imza atan Turan Manafov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir.

- İlk qolunuzla bağlı təəssüratlarınız nələrdir?

- “Səbail”də ilk qoluma görə çox sevindim. Bu, həm də Premyer Liqada ilk qolum idi. Təbii ki, çox sevindirici haldır.

- “Səbail”də, adətən, cərimə zərbəsini Rahid Əmirquliyev və ya Əfran İsmayılov yerinə yetirir. Həmin matçda bu məsuliyyəti almanız əvvəlcədən planlanmış idi?

- Xeyr, əvvəlcədən planlanmamışdı. Əfran İsmayılov vurmalı idi. Sadəcə həm uzaqdan, həm də sol tərəfə meyilli olmasına görə mənə təklif etdilər. Mən də razılaşdım. Sağolsunlar, güvənib, cərimə zərbəsini yerinə yetirməyi mənə həvalə etdilər.

- Xarici, yaxud yerli kumiriniz var?

- Yerli kumirim yoxdur. Xaricilərdən isə “Real”ın müdafiəçisi Marselodur.

- Rahid Əmirquliyev ilə müsahibəmizdə gənc kadrlardan sizi həm perspektivli oyunçu, həm də gələcəkdə milliyə namizədlərdən biri olduğunuzu qeyd etmişdi. Bu barədə nə düşünürsünüz?

- Bu fikirlərinə görə özünə də təşəkkürümü bildirmişəm. Belə əfsanəvi futbolçunun mənə inanması qürurvericidir. Mən də o şansı gözləyirəm ki, həm millidə, həm də legioner kimi başqa ölkədə karyerama davam etmək üçün təklif gəlsin və dəyərləndirim.

- Pandemiyanın oyunlara təsir etməsi ilə yanaşı, sizdə hansısa psixoloji çətinliklər yaratdı?

- Psixoloji çətinlik futbolumuza görə oldu. Çünki çempionatın dayanması heç birimizə xoş deyildi. Oyunlar dayanır və biz oynaya bilmirik, məşqlər də dayandıqca geri qalırıq.

- “Səbail”də həm müdafiədə, həm də yarımmüdafiədə oynamısınız. Özünüzü hansında daha uğurlu hesab edirsiniz?

- Mən özümü müdafiədə rahat və uğurlu hesab edirəm.

- Komanda yoldaşlarınızla münasibətləriniz necədir? Yaxın dostunuz var?

- Komandada hamıyla əlaqəm çox yaxşıdır. Gənclərdən Ruslan Hacıyev və Ədilxan Qarəhmədov ilə daha yaxınam. Ümumi olaraq, böyük-kiçik fərqi olmadan hamıya hörmət edir və bunun qarşılığını görürəm.

- Sosial şəbəkələrdə vurduğunuz qol çox bəyənildi. Azarkeşlər stadionda olsaydı, auranı təsəvvür etmək çətin deyildi. Bu haqda nə düşünürsünüz?

- Sağ olsunlar! İlk olaraq, azarkeşlər üçün darıxdığımızı qeyd etmək istəyirəm. Karantin rejimi bitəndən sonra oyunlara daha çox gəlməklərini və daha çox dəstək olmaqlarını istəyirəm. Onların dəstəyi bizi motivasiya edir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30