25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Zirə": 13 oyun, 22 futbolçu

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün 2020-ci ilə aid hissəsi başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, “Zirə” arxada qalan 13 turda 22 futbolçunun xidmətindən yararlanıb.

Dörd oyunçu bütün matçlarda meydana çıxıb. Onlardan ikisi yerli, ikisi legioner statuslu futbolçudur. Klesio Bauk meydanda daha çox - 1169 dəqiqə keçirib. Davit Volkov bu göstəricidə ikincidir. İlkin Muradovla Ruslan Qurbanov bütün qarşılaşmalarda meydana çıxsa da, daha az dəqiqə keçiriblər.

Mövsümün ilk hissəsində “Zirə”nin qapısını ümumilikdə üç futbolçu qoruyub. Mateus Albino 11, Rəşad Əzizli 2 matçda meydana çıxıb. Bir görüşün son dəqiqələrində qırmızı vərəqə alan Albinonun yerinə sahə oyunçusu Ruslan Qurbanov qapıda dayanıb.

“Zirə”nin 13 matçdakı ən yaxşı bombardiri Ağabala Ramazanovdur. O, rəqib qapılarından 5 top keçirib. Ondan az qol vuran Davit Volkov ikinci sıradadır. Klesio Baukun aktivində 3 top var. “Qartallar”ın qol sevinci yaşayan 7 üzvündən dördü hərəyə 1 dəfə fərqlənib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30