25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Səbail"də daha bir ayrılıq

"Səbail" klubu daha bir futbolçu ilə vidalaşıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev açıqlama verib.

Onun sözlərinə görə, Murad Qayalı, Əli Sadıxov və Arsen Ağcabəyovdan sonra Orxan Qurbanlı ilə də yollar ayrılıb.

Hacıyev legionerlərdən isə iranlı yarımmüdafiəçi Bəxtiyar Rəhmaninin komandanı tərk edə biləcəyini istisna etməyib: "Hələlik onunla danışırıq. Şərtlərdə razılığa gələ bilməsək, yəqin ki, gedəcək. Amma qala biləcəyini də deyir. Sadəcə, şərtləri bir az bizim üçün ağırdır. Ümumilikdə, 5-6 futbolçunu göndərib, yerinə 3 yeni oyunçu almaq istəyirik".

"Səbail"in hazırlıq planına da toxunan baş məşqçi yanvarın 4-də yenidən bir araya gələcəklərini bildirib: "Artıq yoxlama oyunu üçün rəqib tapmışıq. Yanvarın 14-də "Sabah"la qarşılaşacağıq" (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30