19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ”nin yubiley qələbəsi

“Qəbələ” tarixində 100-cü səfər qələbəsini qazanıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının XIII turuna təsadüf edib.

2020-ci ilin son matçına çıxan “qırmızı-qaralar” “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib. 100-cü qələbə klub tarixinin 284-cü səfər oyununda qeydə alınıb.

Rəqib meydanlarında ilk qələbəsini 2005-ci ilin oktyabrında qazanan komanda 1-ci dəstənin “Viləş”lə qarşılaşmasında 3 xal əldə edib - 3:1. Ümumiyyətlə, “qırmızı-qaralar” Premyer Liqada 74, 1-ci dəstədə 9, Azərbaycan kubokunda 14, Avropa Liqasında 3 görüşdən qalib dönüb.

100-cü səfər qələbəsinə vurduğu qolla töhfə verən Asif Məmmədov “Qəbələ”nin heyətində 15-ci dəfə fərqlənib. “Səbail”lə görüşə kapitan kimi çıxan təcrübəli yarımmüdafiəçi klub tarixinin bombardirləri siyahısında Deon Bartona çatıb. Bu cütlük yalnız 11 futbolçudan geri qalır: Viktor Mendi - 33, Dodo - 30, Baqali Dabo - 27, Filip Ozobiç - 25, Cavid Hüseynov, Stiven Monroz, Rövşən Əhmədov - 20, Daniel Subotiç - 19, Aleksey Qay, Kənan Kərimov - 18, Yannik Kamanan - 17.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30