26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

UEFA reytinqində ən yaxşı nəticə "Qarabağ"a məxsusdu

UEFA qitə klublarının 2013/14 mövsümü və son beş mövsüm (2009/10, 2010/11, 2011/12, 2012/13 və 2013/14) üçün reytinq cədvəllərini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, cari mövsümdəki çıxışa görə Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi 237 komandanın yer aldığı siyahıda 43-cüdür. Digər təmsilçilərimizə gəldikdə isə “Neftçi” 74-cü, “Xəzər Lənkəran” 119-cu, “İnter” 120-ci pillədə qərarlaşıb. Amma bu yekun siyahı deyil. Çünki qitə kuboklarında qrup mərhələsinin oyunları start götürdükdən sonra reytinqdə yerdəyişmələrin olacağı dəqiqdir.

Son beş mövsümün nəticələrinə əsasən hazırlanan siyahıda da Azərbaycan klubları arasında “Qarabağ” liderdir. Qurban Qurbanovun komandası 453 komanda arasında 189-cu yeri tutur. "Neftçi" 199-cu, “İnter” 276-cı, “Bakı” 279-cu, “Xəzər Lənkəran” 299-cu, AZAL 377-ci, “Simurq” isə 379-cu yeri tutur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30