24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rövnəq Abdullayev: “2020-ci il zəfər ilidir"

“Vətən müharibəsində qazandığımız zəfər münasibətilə hər birinizi təbrik edir, başda cənab Ali Baş Komandan olmaqla bu zəfərin qazanılmasında xidməti olmuş hər kəsə təşəkkür edir, yaralılarımıza şəfa arzulayıram".

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu sözləri qurumun prezidenti Rövnəq Abdullayev qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında deyib.

O bildirib ki, bu gün, eyni zamanda, Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür: "AFFA İcraiyyə Komitəsinin adından cənab Prezidenti təbrik edirik".

Abdullayev iclasda səmərəli müzakirələr aparıldığını və müvafiq qərarların qəbul olunduğunu vurğulayıb: "Hər birinizə iclasda iştirakınıza görə təşəkkür edirəm. Bu il üçün İcraiyyə Komitəsinin sonuncu iclası idi. Pandemiya ilə əlaqədar bu il bütün dünya üçün yaddaşlarda uğursuz il kimi qala bilər, amma Azərbaycan üçün, xalqımız üçün 2020-ci il zəfər ilidir. Uzun müddət işğal altında olan torpaqlarımızı cənab Ali Baş Komandanın qətiyyəti, cəsarəti və ordumuzun rəşadəti sayəsində azad etməyə nail olduq. Arzu edirəm ki, bundan sonra bütün illər ölkəmizin quruculuq, inkişaf illəri olsun. Hər birinizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, bu pandemiya günlərində sağlam olmağınızı, cansağlığı arzulayıram!”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30