29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Emin Ağayev: “2:0 bizim üçün normal nəticədir”

“Birinci hissədə bir neçə imkanımız oldu. Nəticədə iki qol vurduq. İkinci hissəyə yaxşı başlamadıq. Fasilədən sonra vəziyyət dəyişdi. Rəqib daha çox hücum etdilər. Biz isə əks-hücumlara bel bağlamışdıq. 3 epizodumuz olsa da, yararlana bilmədik. Düşünürəm ki, 2:0 bizim üçün normal nəticədir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in məşqçisi Emin Ağayev Azərbaycan Premyer Liqasının 12-ci turunda "Keşlə"yə qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.

O, hazırda avrokuboklarla bağlı düşünmədiklərini bildirib: "Yuxarı pillələrə qalxmaq istəyirik. Hazırda əsas məqsədimiz budur. Bundan sonra digər məsələlər barədə fikirləşmək olar".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31