26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Sabah”ın baş məşqçisi məğlubiyyəti şərh etdi

“İlk yarı bərabər səviyyədə keçdi. Sadəcə, penaltidən qol buraxdıq. İkinci hissəyə rəqib yaxşı başladı və daha bir dəfə fərqləndi. Biz isə qol fürsətlərindən yararlansaydıq, nəticə başqa cür ola bilərdi”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Visente Qomes evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

İspan məşqçi bildirib ki, son pillədə olmaları məhz qol imkanlarından yararlana bilməmələri ilə əlaqədardır: "Bunu bütün oyunlara şamil etməzdim. Amma əksər matçlarda bu, belədir. Start heyəti daha xeyirli ola biləcəyi üçün müəyyənləşdirirəm. Eyni zamanda, ehtiyatdan çıxıb faydalı olacaq oyunçuları düşünürəm. Ramil Şeydayevlə bağlı problem yoxdur. Bu gün də özünü yaxşı tərəfdən göstərdi".

Qomes faydalı tənqidləri normal qəbul etdiyini söyləyib: "Amma işimizə heç bir təsiri olmayan tənqidlərə fikir vermirəm. İşlədiyim hər yerdə belə olub” (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30