20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Keşlə"nin məşqçisi: “Əlimizdən gələni etdik”

“Keşlə”nin məşqçisi Zaur İsmayılov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu (0:2) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Çempionatda fasilə yaranmışdı. Bilirdik ki, ağır olacaq. İki fərqli hissə izlədik. İlk yarıda rəqib öz imkanlarından istifadə etdi. İkinci hissədə bizim üstünlüyümüz oldu, amma yararlana bilmədik. Üstün olduğumuz matçlarda imkanlarımızdan istifadə edə bilmirik. Əslində, oyunumuz normaldır. Nəticəni əvvəldən bilmək olmur. Əlimizdən gələni etdik”.

İsmayılov son vaxtlar koronavirusa kütləvi yoluxma hallarına görə çempionatın dayanacağını gözlədiklərini söyləyib: "Qarşıda daha bir oyunumuz var. İndidən fasiləni düşünməməliyik. Bu gün məğlub olduq. İşimiz çətinləşib. Gələn tur səfərdə "Neftçi" ilə qarılaşacağıq. Qələbə qazanmaq istəyirik".

 

Məşqçi Şohrux Qadoyevin komandadan ayrılmasına da münasibət bildirib: "Yerli futbolçu ilə müqayisədə, legionerdən daha çox şey gözlənilir. Belə məsləhət oldu, müqaviləyə xitam verdik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30