19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Sadıqov: "Sumqayıt" ən təhlükəli komandalardan biridir"

"Çox maraqlı oyunun şahidi olduq. Çempionatdakı 3 həftəlik fasiləyə baxmayaraq, matçın tempi, gərginliyi yerində idi. Mövsümün ən baxımlı görüşlərindən birini izlədik. Hər iki komanda meydana qələbə üçün çıxmışdı. Amma gedişat elə idi, hücum etdikdə qapımızda qollar gördük".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

"İkinci hissədə daha yaxşı oynadıq. Böyük üstünlüyümüz var idi. Qələbəyə yaxın olsaq da, fürsətlərdən lazımı səviyyədə istifadə edə bilmədik. Buna baxmayaraq, standart vəziyyətlərdən iki baxımlı qol vurduq. Hər iki komanda yaxşı futbol göstərdi" - deyə o bildirib.

Sadıqov "Sumqayıt"ın çempionatda ən təhlükəli komandalardan biri olduğunu söyləyib: "Bunu əvvəlki oyunlarına baxanda da görmək olar. Bu komandaya qarşı matçlar hər zaman çətin olur. İlk dövrədəki oyunumuz da gərgin keçmişdi. Orada da eyni vəziyyət olmuşdu. Biz yaxşı oynamışdıq, rəqib əlinə düşən fürsətləri dəyərləndirmişdi. Ən azı "Sumqayıt"la xal fərqini saxladıq. "Keşlə"nin məğlub olduğunu eşitdim. Belədə, 1 xal daha da dəyərli olur".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30