20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ"nin kapitanı: "Qarabağ"a qalib gəlmək istəyirik"

"Məşqlərimiz həmişəki qaydada davam edir. Növbəti matçımıza ciddi hazırlaşırıq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ" klubunun kapitanı Anar Nəzirov Azərbaycan Premyer Liqasının XII turunda "Qarabağ"la keçirəcəkləri oyun barədə danışarkən deyib.

Rəqibin heyətindəki itkilərə toxunan 35 yaşlı qapıçı bunun oyuna təsir etməyəcəyini bildirib: "Qarabağ" böyük komandadır. Çempionat elədir ki, rəqibin heyətində 4-5 futbolçunun olmaması onun oyununa o qədər də təsir etmir. Komandada bir-birini əvəz edə biləcək oyunçular var. Xəstələrə şəfa diləyir, tezliklə meydana qayıtmalarını istəyirəm".

Təcrübəli qolkiper meydana qələbə üçün çıxacaqlarını da vurğulayıb: "Rəqibdən asılı olmayaraq xal və ya xallar qazanmaq istəyirik. Bu oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, dekabrın 20-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 15:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30