20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qəbələdə "Zəfər turniri"nə start verildi

“Qəbələ” Futbol Akademiyası Vətən müharibəsindəki qələbəyə həsr olunan “Zəfər turniri”nə start verib.

Futbolxeber.az saytının məlumatına görə, mini turnirin təşkilində məqsəd aşağı yaş qrupları üzrə liqaların keçirilmədiyi dövrdə yaranan boşluqda akademiyanın U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinin oyun praktikasının azalmaması ilə yanası, onlarda vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır.

Futbolçular hər birində 7 oyunçu olmaqla, 8 komanda təşkil edib. Bu komandalara futbolçuların istəyi ilə işğaldan azad olunmuş şəhər və rayonlarımızın adı verilib: “Şuşa”, “Ağdam”, “Kəlbəcər”, “Laçın”, “Füzuli”, “Cəbrayıl”, “Qubadlı”, “Zəngilan”.

Turnirin ilk üç turu arxada qalıb:

“Ağdam” - “Cəbrayıl” 3:6

“Füzuli” - “Şuşa” 1:2

“Laçın” - “Cəbrayıl” 8:0

“Kəlbəcər” - “Füzuli” 5:2

“Qubadlı” - “Füzuli” 9:3

“Ağdam” - “Kəlbəcər” 4:5

“Kəlbəcər” - “Cəbrayıl” 8:4

“Ağdam” - “Zəngilan” 7:8

“Şuşa” - “Qubadlı” 3:5

“Zəngilan” - “Laçın” 3:3

“Şuşa” - “Laçın” 1:7

“Zəngilan” - “Qubadlı” 7:5

Keçirdiyi hər üç qarşılaşmada qələbə qazanan “Kəlbəcər” liderliyi ələ alıb. Lideri 2 xal geri qalan “Laçın”la “Zəngilan” izləyir.

Dekabrın 14-dən tətbiq olunan sərt karantin rejimi nəzərə alınaraq akademiya qış tətilinə yollanıb. Mümkün xəstəliklərin qeydə alınmaması üçün tətilin daha tez başlaması məqsədəuyğun sayılıb. Gələn ilin yanvarında bir araya toplanacaq akademiyanın futbolçuları turniri davam etdirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30