20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Zirə"- "Sumqayıt": 21-ci duel

Bu həftə Azərbaycan Premyer Liqasında XII turu çərçivəsində “Zirə” öz meydanında “Sumqayıt”la görüşəcək.

Futbolxeber.az-ın “Zirə”nin Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, dekabrın 20-də olacaq qarşılaşma iki rəqib arasında Premyer Liqada keçirilən 21-ci matç olacaq.

İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn komandalar indiyədək 20 dəfə qarşılaşıb. Bu oyunların yarısında - 10 dəfə qalib gələn “Zirə” 4 heç-heçə edib və 6 dəfə uduzub. Rəqib qapısına 27 qol vuran komanda 19 top buraxıb. “Qartallar” Sumqayıt”ın eyniadlı təmsilçisi ilə son 7 oyunda meydanı qolsuz tərk etməyib.

Komandalar 9-cu dəfə “qartallar”ın meydanında üz-üzə gələcək. Evdə 6 qələbəsi olan komanda 2 heç-heçə edib və 1 dəfə məğlub olub. Son 6 qarşılaşmada qol vuran və xal qazanan “Zirə” top fərqində də öndədir - 16:8.

Qeyd edək ki, dekabrın 20-də keçiriləcək “Zirə” - “Sumqayıt” matçı Zirə İdman Kompleksinin stadionunda oynanılacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30