20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Təbriz Həsənov: "Elbrus Abbasovun ölümünə inanmağım gəlmir"

"Elbrus Abbasovun ölüm xəbərini eşidəndən sonra çox pis olmuşam. Bizim onunla yaxşı münasibətimiz var idi. Onu uşaqlıqdan tanıyırdım".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın əməkdar futbol məşqçisi Təbriz Həsənov veteran futbolçu Elbrus Abbasovun vəfatı ilə bağlı danışarkən deyib.

50 yaşlı mütəxəssis bildirib ki, o, uşaq olanda Abbasov "Neftçi"də birinci dəstənin bombardiri olub: "Sonra Ağdamın "Qarabağ" komandasında tanış olduq. Veteran futbolçu kimi həmişə bizim oyunlara gəlirdi. Sonra mənim də çıxış etdiyim "Qarabağ"a baş məşqçi təyin edildi. Səhv etmirəmsə, 1995 - 1997-ci illər idi. Bir yerdə çalışmışıq, çox gözəl və yaxşı məşqçi idi. Komandada elə futbolçu yox idi ki, Elbrus müəllimi çox istəməsin. Hamı ilə yaxşı münasibət qura bilirdi".

Həsənov Abbasovun koronavirusdan rəhmətə getdiyini və özünün də bu xəstəliyi keçirdiyini xatırladıb: "Məndə yüngül oldu, demək olar ki, simptomsuz idi. Elbrus Abbasovun ölümünə çox təəssüflənirəm, heç inanmağım gəlmir. Mən də mətbuatdan oxudum ki, xəstəxanaya yerləşdirilib, iki gün sonra isə ölüm xəbərini aldıq. Mənə çox pis təsir etdi. Mənim o insana çox hörmətim var. Son zamanlar bu koronavirus çox canlar alıb. Yaxınların, qohumların öldüyünü eşidirsən, adam lap pis olur".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30