29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”nin rəqibləri müəyyənləşdi

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının mübarizə aparacağı UEFA Gənclər Liqasının formatı, tarixi və iştirakçıların adları dəqiqləşib.

Futbolxeber.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 64 komanda olimpiya sistemi üzrə qüvvəsini sınayacaq.

1/32 və 1/16 final mərhələləri Çempionlar yolu və Çempionlar Liqası yolu üzrə keçiriləcək.  “Qırmızı-qaralar” Çempionlar yolunda mübarizə aparacaq.

Mövsümün ilk püşkatması 2021-ci il yanvarın 27-də baş tutacaq. 1/32 finalın qarşılaşmaları martın 2-3-də keçiriləcək. Martın 12-də növbəti püşkatma təşkil olunacaq. 1/16 final 6-7 aprel, 1/8 final 20-21 aprel, 1/4 final 4-5 may, yarımfinal 17 may, final 20 may tarixində baş tutacaq.

Çempionlar yolu: “Selta” (İspaniya), “Köln” (Almaniya), “Anje” (Fransa), “Çertanovo” (Rusiya), “Benfika” (Portuqaliya), “Genk” (Belçika), “Qalatasaray” (Türkiyə), “Alkmaar” (Niderland), “Sparta” (Çexiya), PAOK (Yunanıstan), “Dinamo” Z (Xorvatiya), “Odense” (Danimarka), “Bazel” (İsveçrə), APOEL (Kipr), “Srvena Zvezda” (Serbiya), “Reyncers” (Şotlandiya), “Dinamo” Mn (Belarus), “Hammarbü” (İsveç), “Rusenborq” (Norveç), “Kayrat” (Qazaxıstan), “Qurnik” (Polşa), “QƏBƏLƏ” (AZƏRBAYCAN), “Makkabi” H (İsrail), “Lüdoqorets” (Bolqarıstan), “Vitorul” (Rumıniya), “Jilina” (Slovakiya), “Olimpiya” (Sloveniya), “Dyor” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), “Şerif” (Moldova), “Apolloniya” (Albaniya), “Uoterford” (İrlandiya);

Çempionlar Liqası yolu: “Real”, “Barselona”, “Atletiko”, “Sevilya” (hamısı İspaniya), “Bavariya”, “Borussiya” D, “Leypsiq”, “Borussiya” M (hamısı Almaniya), “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” (hamısı İngiltərə), “İnter”, “Yuventus”, “Atalanta”, “Latsio” (hamısı İtaliya), PSJ, “Marsel”, “Renn” (hamısı Fransa), “Zenit”, “Lokomotiv”, “Krasnodar” (hamısı Rusiya), “Porto” (Portuqaliya), “Brügge” (Belçika), “Şaxtyor”, “Dinamo” K (hər ikisi Ukrayna), “Başakşəhər” (Türkiyə), “Ayaks” (Niderland), “Zalsburq” (Avstriya), “Olimpiakos” (Yunanıstan), “Midtülland” (Danimarka), “Ferensvaroş” (Macarıstan).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31