26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Avroliqa: "Qarabağ" ilk xalını qazandı

Bu gün Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, "Qarabağ" İstanbulda "Makkabi"ni qəbul edib.

Matç 1:1 hesabı ilə başa çatıb. Bu, təmsilçimizin 2020/2021 mövsümündə Avroliqanın qrup mərhələsində qazandığı ilk xaldır

Qrupun digər oyununda "Vilyarreal" səfərdə “Sivasspor”u 1:0 hesabı ilə məğlub olub. Bununla da İspaniya təmsilçisi soan 1 tur qalmış 13 xalla qrup liderliyini təmin edib.

1/16 finala ikinci vəsiqənin taleyi isə son turda keçiriləcək “Makkabi” - “Sivasspor” oyunundan sonra müəyyənləşəcək. Hazırda İsrail təmsilçisinin 8, Sivas klubunun isə 6 xalı var. Bu isə o deməkdir ki, “Sivasspor” mübarizəni davam etdirmək üçün mütləq son turda səfərdə qələbə qazanmaqdır. Məğlubiyyətdən başqa istənilən nəticə sayəsində “Makkabi” qrup ikincisi kimi 1/16 finala adlayacaq.

UEFA Avropa Liqası, 5-ci tur

İ qrupu

3 dekabr

“Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail) 1:1

Qollar: Yonatan Kohen, 22-pen.(0:1), Xayme Romero, 37 (1:1)

Baş hakim: Robert Hennessi (İrlandiya).

İstanbul. “Başakşəhər Fatih Terim” stadionu




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30