29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"də koronavirusa daha bir yoluxma

"Neftçi"nin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyev də koronavirusa yoluxub.

Futbolxeber.az saytının “Neftçi TV”ə istinadən verdiyi məlumata görə, onun test nəticəsi müsbət çıxıb.

Ötən gün məşqə çıxa bilməyən qapıçı Kamran İbrahimov və yarımmüdafiəçi Sabir Buqrin isə hazırda özlərini yaxşı hiss edir.

Kollektiv bu gün növbəti dəfə koronavirus testindən keçəcək.

Qeyd edək ki, daha əvvəl "Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçi Fəhmin Muradbəylinin testi müsbət çıxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31