29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elmar Baxşıyev: “Yaxşı oynayaraq, qələbə qazandıq”

"Müəyyən səbəblərdən oyuna itkilərlə çıxmışdıq. Çətin olacağını bilirdik. Bununla belə gənclərə inanırdıq və bilirdik ki, onlar etimadı doğruldacaqlar. Yaxşı oynayaraq, qələbə qazandıq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, qol epizodlarını reallaşdırmaq üzərində çalışırlar: "Meydanda futbolçu qərarı stress altında verir. Futbolçulara inanıram, onlar istədiyimizi verirlər".

Baxşıyev gənc futbolçu Rüfət Əmirlinin çıxışından da məmnunluq ifadə edib: "Gəncləri bişirə-bişirə yetişdirmək lazımdır. İnanıram ki, gələcəkdə əsas milliyədək yüksələ bilər" ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31