29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

De Byazi: “Ölkədə müharibə vəziyyəti varsa, futbolçuların futbolu düşünməyi çətinləşir”

Milli komandamızın baş məşqçisi Canni De Byazi "Sportowefakty" nəşrinə müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis ilk olaraq yığmamıza təyinatı haqqında fikirlərini bildirib:

"AFFA rəsmiləri ilə ilk dəfə 2014-cü ildə Parisdə danışıqlar aparmışdıq. Qərarımı indi verdim, çünki yeni layihə axtarırdım. Futbolçuların qələbəyə reaksiyasını dəyişdirməyim lazımdı. Milli ilə irəli gedə biləcəyimizə və gənc futbolçuları inkişaf etdirə biləcəyimizə inanıram. Müqaviləni də DÇ-2022-nin seçmə mərhələsinin sonuna qədər imzaladım".

De Byazi Qarabağ müharibəsinin bitməsini sevinclə qarşılayıb: "Müharibə işimizə təsir etdi. Ölkədə müharibə vəziyyəti varsa, futbolçuların futbolu düşünməyi çətinləşir. Sevinirik ki, müharibə bitdi və ümid edirəm ki, hər şey qısa müddətdə normala qayıdar".

De Byazi əfsanəvi futbolçu Dieqo Maradonanın vəfatı barədə də danışıb: "Hər kəs Maradonanın uğurlarına bələddi. Onu təkcə uğurları üçün deyil, həm də ürəyinə görə sevirəm. O, kasıblara ümid verdi, onların idealı oldu, həyatlarını nisbətən asanlaşdırdı. 60 yaşında dünyadan köçmək çox tezdi. O, topla oynamırdı, onunla rəqs edirdi".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31