8 Aprel 2026, Çərşənbə
Mirça Luçesku dünyasını dəyişdi
Abbasov hirsindən planşeti qırdı
Berdiyev: "Çox vacib xallar itirdik"
"Qarabağ" 7 qolla qalib gəldi

Ölkə futbolu

Uroş Matiç: “Bu məğlubiyyətdən dərs götürməliyik”

"Oyunun böyük hissəsində nəzarət bizim əlimizdə olsa da, "Sivasspor" əks-hücumlarda təhlükəli idi. Rəqibdən daha baxımlı qollar vurduq, amma nəticədə uduzduq. Bu məğlubiyyətdən dərs götürməliyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Uroş Matiç Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"la keçirilən oyundan sonra deyib.

"Qarabağ"ın ikinci qolunun müəllifi 2:3 hesablı məğlubiyyəti şərh etdikdən sonra qardaşı Nemanya Matiçin “Mançester Yunayted”in heyətində “Başakşəhər”ə rəqib olması ilə bağlı sualı da cavablandırıb:

"İlk matçda "Başakşehir" yaxşı oynadı. Hər dəfə "Mançester Yunayted"i uda bilməzsən. 2-ci görüşdə isə səviyyə fərqi ortaya çıxdı. Bu, nəticədə də öz əksini tapdı. Qardaşım Nemanya Matiç 10 ildir İngiltərə Premyer Liqasında çıxış edir. Dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biridir. Səviyyəsi də göz qabağındadır".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30