15 Mart 2026, Bazar günü
"Qarabağ" "Zirə"yə qalib gəldi
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi

Ölkə futbolu

Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşdü

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün İstanbul şəhərində Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi ilə görüşüb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, TFF-nin prezidenti Nihat Özdemir, birinci vitse-prezident Servet Yardımcı və baş katib Kadir Kardaşın iştirak etdiyi görüşdə Elxan Məmmədov “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının İstanbulda keçirilməsinə şərait yaradılması və Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında ev oyunları üçün TFF tərəfindən eyni təklifin verilməsinə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından təşəkkürünü bildirib.

AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31