20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ramin Musayev: "Kubokun finalında çoxlu sürprizlərimiz olacaq"

“Ali Baş Komandana, Ordumuza, əsgərlərimizə təşəkkür edirəm. Gözəl günləri xalqa sevinc bəxş etdiyinə görə həmin insanlara minnətdarıq. Şəhidlərə rəhmət diləyirəm, qazilərə işə şəfa arzulayıram”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun 2020/21 mövsümünün püşkatma mərasimində deyib.

O bildirib ki, stadion hazır olsa, kubokun finalını Qarabağda keçirmək mümkündür: "Arzu edək ki, bu il yarışı başa vurmaq nəsib olsun. Açıqlama vermişdim ki, ölkə rəhbərliyi icazə versə, ölkə kubokunun finalını Qarabağda keçirərik. Stadion hazır olarsa, böyük fəxrlə finalı Qarabağda edərik. Hazır olmasa, azarkeşlərin istəyinə uyğun yer seçərik".

R.Musayev final görüşü üçün çoxlu sürprizlər düşündülərini qeyd edib: "Keçən dəfə belə qərara gəldik ki, final qarşılaşması "Sabah" klubunun ev oyunlarını keçirdiyi arenada olsun. Bizim üçün ölkəmizin hər yeri əzizdir. Həlledici qarşılaşmanı Qarabağda keçirmək niyyətindəyik. Orada alınmasa, kubokun finalını Gəncədə təşkil etmək istəyirik. Amma oradakı stadionda vəziyyət yaxşı deyil. Stadion yaxşı olsa, həlledici görüş Gəncədə gerçəkləşə bilər. Kubokun finalı ilə bağlı dəqiq fikir demək çətindir. Final matçında çoxlu sürprizlərimiz olacaq və bu tədbir təşkilatçılığa görə digər finalları geridə qoyacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30