6 Iyul 2025, Bazar günü
İmad Faraj rəsmən “Neftçi”də
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də

Ölkə futbolu

“Neftçi”, “Karvan”, indi də “Qarabağ”

"Qarabağ” Azərbaycan Premyer Liqasında ardıcıl 3-cü dəfə 5 və ya daha çox top fərqi ilə qalib gəlib.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, 8-ci turda “Keşlə”ni 6:1, 9-cu turda “Neftçi”ni 6:0 hesabı ilə üstələyən Qurban Qurbanovun komandası 10-cu turda “Sumqayıt”ı məğlubiyyətə uğradıb - 6:1. Bu, klub tarixində ilk belə haldır ki, ardıcıl üç görüşdə 5 və ya daha çox top fərqli qalibiyyət əldə olunur.

Azərbaycan çempionatları tarixində isə bunadək 2 dəfə belə seriya qeydə alınıb. Bunu bacaran ilk komanda “Neftçi” olub. Bakılılar 1996/97 mövsümündə OİK-i (indiki MOİK) 9:0, “Şəmkir”i 5:0, Azərbaycanın U-18 yığmasını (sonrakı “Şəfa”) 7:1 hesabı ilə məğlub edib. Bu seriya zamanı ümumi top fərqi 21:1-ə bərabər olub.

2005/06 mövsümündə bu rekordu “Karvan” təkrarlayıb. Yevlax təmsilçisi “Göyəzən”lə MOİK-i eyni - 5:0, “Kəpəz”i 7:1 hesabı ilə üstələyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31