25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Çalımbay "Qarabağ"la oyundan danışdı: “Final matçıdır"

"Hazırda düşündüyümüz ancaq "Qarabağ"la matçdır. Bu, bizim üçün final oyunudur. Qələbə qazanacağımız təqdirdə iddiamızı davam etdirəcəyik. Futbolçularımız da bunu dərk edirlər".

Futbolxeber.az saytının məlumatına görə, "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la keçiriləcək oyun haqda danışarkən deyib.

O, Türkiyə mətbuatına açıqlamasında heyətlə bağlı problemlərinin olduğunu bildirib: "Ən böyük çətinliyimiz heyətlə bağlıdır. Belə vəziyyətdə həm avrokubok, həm də Superliqa matçlarına çıxacağıq. Müəyyən vaxtdan sonra daha yaxşı olacağıq. "Qarabağ" yaxşı komandadır. Öz oyunumuzu sərgiləyə bilməsək, bizim üçün çətin olacaq. İlk qarşılaşmadakı kimi oynasaq, matçı yaxşı nəticə ilə başa vura bilərik".

Xatırladaq ki, noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq  "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30