19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Azərbaycan çempionatlarında ilk dəfə

“Qarabağ” Premyer Liqada ardıcıl 3-cü dəfə bir oyunda 6 qol vurub.

Futbolxeber.az saytının məlumatına görə, VIII turda “Keşlə”ni 6:1, IX turda “Neftçi”ni 6:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə “Sumqayıt”la görüşdə məhsuldarlıq nümayiş etdirib - 6:1.

Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatları tarixində ilkə imza atıb. 1992-ci ildən keçirilən yarışda indiyədək heç bir klub ardıcıl 3 görüşdə 6 və ya daha çox qol vurmayıb.

5 dəfə eyni komanda ardıcıl iki matçda bunu bacarsa da, seriyanı 3-ə çatdıra bilməyib. “Neftçi” iki, “Viləş” və Sumqayıt “Xəzər”i bir dəfə 1992-ci ildə belə məhsuldarlıq göstərib. Sonuncu belə hadisə 2004/05 mövsümünün ikinci yarısına təsadüf olunub. “Bakı” “Göyəzən”i 6:0, “Bakılı”nı 7:2 hesabı ilə üstələyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31