19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Samir Abasov: “Komandanın prinsiplərimə alışması üçün vaxt lazımdır”

"Neftçi"nin baş məşqçisi Samir Abasov bu postda ilk mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, bu, komandasının səfərdə "Qəbələ" yə qalib gəldiyi (4:1) Azərbaycan Premyer Liqasının X turun matçından sonra baş verib.

Abasov öncə qarşılaşmanı dəyərləndirib: “Nəticəni kənara qoyaq. Hər hansı bir hesab mənim üçün yaxşı olardı. Komandanın prinsiplərimə alışması üçün vaxt lazımdır. Heyətdə çox sayda itki var idi. Təəssüf ki, koronavirus da klubumuzu əsirgəməyib. Allaha şükür ki, qələbə qazandıq".

Abasov hesabda 3:0 irəlidə olduqları zaman komandasının arxayınlaşması ilə bağlı sualı belə cavablandırıb: "Vəziyyəti izləyəcəyik. Uşaqlar arxayınlaşıbsa, deməli, normaldı. Yorğunluq varsa, bunu araşdıracağıq. Yalnız 10 tur keçib və yorğunluq bizi razı sala bilməz. Mirabdulla Abbasov və Emin Mahmudov koronavirusa yaxalanıblar. Abbasov rəhbərliyim altında "Neftçi"də cəmi bir məşq keçirdi. Əlimdən gələni etdim. Xəstəlik olmasaydı, heyətdə olardı".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30