20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Sivasspor"un prezidenti: "Qarabağ"la matçda yaxşı nəticə qazanmalıyıq"

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor”un prezidenti Məcnun Otyakmaz Ağdam təmsilçisi ilə keçirəcəkləri oyundan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, Superliqanın 10-cu turunda “Fatih Karagümrük”lə keçirilən oyundan (1:1) sonra açıqlama verən 55 yaşlı yaşlı rəhbər bunları deyib:

“Avropa Liqası oyunlarımız və koronavirus pandemiyasına görə meydana problemli və dəyişik bir heyətlə çıxmışdıq. 70 dəqiqə yaxşı oynadıq və çoxlu sayda qol epizodlarımız oldu. Ancaq onları qola çevirmirsənsə, hər hansı bir mənası qalmır. Vurmayana vurarlar prinsipi oldu. Bir penalti epizodu vardı. İzləmədiyim üçün çox şey deyə bilmirəm. Amma mənə VAR hakimkərinin səhv qərar veridiyi barədə zənglər gəldi. Həmin epizodu izləyəcəyəm. Son illər Hüseyin Göçekin təyin olunduğu qarşılaşmalarda problem yaşayırıq. Nə isə baş verir. Təəcüblənirik. inşallah, düzgün qərar verər.

Qarşıdakı çətin matçlar olacaq və heyətdə itkilərimiz var. Böyük uğurları hədəfləyirsinizsə, bu çətinlikləri aşmalısınız. Gələn həftə “Qarabağ”la üz-üzə gələcəyik. Heyətdəki əskiklərə baxmayaraq, “Qarabağ” önünə yaxşı “11-lik”lə çıxacağıq. “Makkabi” ilə matçın final görüşü olması üçün “Qarabağ”la oyunda yaxşı nəticə qazanmalıyıq”.

Qeyd edək ki, Azərbaycandakı hərbi vəziyyət səbəbindən noyabrın 26-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” - “Sivasspor” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30