2 Iyun 2025, Bazar ertəsi
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu

Ölkə futbolu

“Qarabağ"la matçda həm Türkiyə, həm də özümüz üçün oynayacağıq"

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Ağdam təmsilçisi ilə keçirəcəkləri oyun haqqında danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 57 yaşlı mütəxəssis Türkiyə Super Liqasının 9-cu  turunda səfərdə "Fatih Karagümrük"lə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları deyib:

"Bizim hakimlərimiz yaxşı, hazır deyil. VAR sistemini idarə edə bilmirlər. Bu rəqibi asanlıqla məğlub edə bilərdik. Sadəcə, hakimlər imkan vermədi. "Qalatasaray"la matçda referi gözünün qabağında baş verən penalti epizoduna görə videtəkrara baxdı. Bu dəfə isə baş hakim VAR-a müraciət etmədi. Yəqin sistemə nəzarət edənlərin bundan başı çıxmır. Bu gün bəlkə də referiyə görə 3 xalımız əldən getdi.Qarşıda avrokubok oyunumuz var. Artıq bugünkü qarşılaşmanı unudub həmin görüşü düşünməliyik. "Qarabağ"la həm Türkiyə, həm də özümüz üçün oynayacağıq. Xal və ya xallar qazanıb ölkəmizi müəyyən yerlərə yüksəltməyə çalışırıq. Təəssüf ki, Türkiyədəki bəzi insanlar isə bizim əhvalımızı korlamaq üçün əllərindən gələni edirlər".

Qeyd edək ki, noyabrın 26-da Azərbaycandakı hərbi vəziyyət səbəbindən "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30