29 Noyabr 2020, Bazar günü
Qurban Qurbanov: “...alınmadı”
“Qarabağ”dan ardıcıl IV məğlubiyyət
Millimiz FİFA reytinqində irəlilədi
“Futbol Tanrısı” vəfat etdi

Ölkə futbolu

Millimizin baş məşqçisi və 3 futbolçusu Bakıya qayıtmayacaq

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunun Lüksemburqla oyunundan (0:0) sonra Bakıya tam heyətlə qayıda bilməyəcək.

Futbolxeber.az saytının məlumatına görə, koronavirusa yoluxmuş milli üzvləri - Təmkin Xəlilzadə və Rahil Məmmədov Xorvatiyada, kapitan Maksim Medvedev isə Lüksemburqda qalacaq. Hər 3 futbolçu test nəticələri neqativ çıxanadək sözügedən ölkədə karantində olacaqlar.

Komandanın baş məşqçisi Canni De Byazi isə ölkəsi İtaliyaya yollanıb.

Xəlilzadə ilə Məmmədovda Monteneqro ilə matçdan (0:0) öncə infeksiya aşkarlanıb. Medvedevdən götürülən test nümunəsi isə qrupun son matçından əvvəl müsbət nəticə verib.

Qeyd edək ki, Azərbaycan yığması səfərə 29 futbolçu ilə çıxmışdı ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2020
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30