23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rıza Çalımbay: "Qarabağ"a qalib gəlməkdən başqa şansımız yoxdur"

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Ağdam təmsilçisi ilə keçirəcəkləri oyun haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 57 yaşlı mütəxəssis deyib: "Superliqadakı rəqiblərimizin əksəriyyəti bizdən üstün durumdadır. Çünki biz üç gündənbir oyunlara çıxırıq. Həm Avropa Liqasında, həm də Superliqada mübarizə aparırıq. “Qalatasaray” 7 gündə 1, biz isə 3 oyuna çıxırıq. Bu şərtlər altında hazırlıq matçı da keçirə bilməzdik. Milli komandalara gedən oyunçularımız var. Yığmaların oyunları ilə bağlı fasilədə zədəli futbolçularımızı sağaltmaq istəyirik.

Növbəti mərhələ şanslarımız davam edir. "Qarabağ" səfərindən qələbə ilə qayıtmaq istəyirik. Bu matçı İstanbulda oynayacağıq. Bizim üçün az da olsa, üstünlük olar. Qazanmaqdan başqa şansımız yoxdur. Mənim yeganə qorxduğum şey zədədir. Bu məsələ ilə bağlı problem yaşamasaq, qrupdan çıxacağıq”.

Qeyd edək ki, Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar 26 noyabr İstanbulda "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30