26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Obradoviç: “UEFA 2 futbolçumuzun meydana çıxmasına icazə vermədi"

"İsveçrə ilə matçda daha əvvəl oynamış bir çox futbolçunun xidmətindən istifadə edə bilmədim. Onların bəzilərində koronavirus testi müsbət çıxmışdı".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsinin İsveçrə ilə oyunu (1:2) öncəsi üzləşdikləri problemlər barədə danışarkən deyib.

Xorvatiyalı mütəxəssis infeksiyaya yoluxmuş oyunçuların adlarını və sayını açıqlamasa da, onların vəziyyətinin yaxşı olduğunu bildirib.

43 yaşlı baş məşqçinin sözlərinə görə, UEFA qarşılaşmadan əvvəl Barış Ekincier və Emre Kaplanın meydana çıxmasına icazə verməyib: "Barış və Emre çıxış etdikləri ölkədə testdən keçmişdilər. Matçdan 1 gün öncə onların oynamasında problem olmadığı bildirildi. Oyun günü isə UEFA yalnız öz test nəticələrinin əsas götürüldüyünü iddia edərək, qərarını dəyişdi. Nəticədə meydana fərqli heyətlə çıxmalı olduq. Bəzi futbolçular ilk dəfə oynayırdılar".

Oyun barədə də fikirlərini bölüşən Obradoviç nəticədən narazı qaldığını gizlətməyib: "Çünki son dəqiqələrdə buraxdığımız qolla məğlub olduq. Komandanın çıxışına gəlincə, düşünürəm ki, futbolçular meydanda əllərindən gələni etdilər. Komanda şəklində mübarizə aparıb təhlükəli hücumlar qura bilirdik. Qoldan sonra daha 2 dəfə fərqlənmək üçün yaxşı şansımız oldu. İlk hissədə həm meydanın özümüzə aid hissəsində, həm də mərkəzində yaxşı müdafiə olunurduq".

Bu ilin sonunda AFFA ilə müqaviləsi başa çatacaq Obradoviç hələlik assosiasiya rəhbərliyi ilə danışmadığını söyləyib. O, məsələnin qarşıdakı günlərdə müzakirə olunacağını əlavə edib.

Qeyd edək ki, Milan Obradoviç 2019-cu ildən U-21 yığmasına başçılıq edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30