24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Mahir Emreli: “Bir səhv etdim və bu, mənə baha başa gəldi”

“Rəqibin potensialına bələdik. Ağır oyun olacağını bilirik. Qrupun son oyunudur. Azərbaycana qalib kimi dönmək istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin hücumçusu Mahir Emreli sabah UEFA Millətlər Liqasının son turunda Lüksemburqa qarşı keçiriləcək oyun barədə danışarkən deyib.

Oyunöncəsi mətbuat konfransına qatılan Emreli Lüksemburqla ilk matçda aldığı qırmızı vərəqənin ona baha başa gəldiyini vurğulayıb: “İlk oyunda qırmızı vərəqə alaraq komandamı azlıqda qoymuşdum. Hər bir futbolçunun başına gələ biləcək hadisədir. Bir səhv etdim və bu, mənə baha başa gəldi. Qisas barədə düşünmürəm. Bakıdakı oyunda məğlub olmamalıydıq. Azlıqda qalmağımıza baxmayaraq, qol vurmuşduq. Həmin oyunun psixoloji təsirini üzərimizdən atmasaq, bizə çətin olar. Mən artıq o anı unutmuşam”.

Millimizin hücumçusu az qol vurmaları barədə də söz açıb: “Az qol vurmağımıza gəlincə, hər oyunda fərqlənmək imkanımız olub, ancaq istifadə edə bilməmişik. Bunu təcrübəsizlik və ya şanssızlıqla əlaqələndirməzdim. Elə oyun olur düşən fürsətdən maksimum istifadə edirsən, elə oyun olur alınmır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30