29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

UEFA “Qarabağ” - “Sivasspor” oyununun keçiriləcəyi stadionu açıqladı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"u qəbul edəcəyi matçın məkanı açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycandakı hərbi vəziyyət səbəbindən oyun Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək.

Halbuki "Qarabağ" "Sivasspor"la qarşılaşmanın Bakıda təşkil edilməsi üçün UEFA-ya müraciət ünvanlamışdı.

Xatırladaq ki, Ağdam təmsilçisinin 2-ci turda “Vilyarreal”ı qəbul etdiyi oyun da (1:3) sözügedən stadionda baş tutmuşdu.

Qeyd edək ki, 26 noyabrda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31