18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Emrah Çelikel: "Qarabağ"ın "İmarət"də oynaması reallığa yaxınlaşır"

"Bu bizim üçün böyük sevincdir. Demək olar ki, ən böyük sevincimizdir. Klub olaraq hamı kimi cənab Prezidentə, Ali Baş Komandana minnətdarlığımızı bildiririk".

Futboıxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın direktoru Emrah Çelikel deyib.

Funksioner 1998-ci ildən Bakıda olduğunu xatırladıb: "Həmin gündən bu vaxta qədər Qarabağ bizim ağrılı yerimiz idi. İndi isə sevinc qaynağımız oldu. Bu sevincimizin isə tarifi yoxdur. Səhərə kimi yatmamışıq".

Çelikel "Qarabağ"ın ev oyunlarını doğma Ağdamda keçirmələrinin mümkünlüyünü də dilə gətirib: "Qələbə xəbəri yenidir. Cənab prezidentin çıxışında izlədik ki, Ağdamı noyabrın 20-də geri alacağıq. Bundan sonra orada yaşayışın nə zaman bərpa ediləcəyini gözləyəcəyik. "Qarabağ"ın "İmarət"də oynaması reallığa yaxınlaşır. Bu da hər kəsi bir başqa cür sevindirir. Dövlətimiz necə tapşırıq versə, ona böyük sevinc və qürurla hazırıq” (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30