19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Abdullayev Foqtsdan razıdı

AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycanın futbol üzrə milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun işindən razı qaldığını bildirib. Trend-in məlumatına görə, Abdullayev şənbə günü jurnalistlərə açıqlamasında Dünya çempionatının seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan və Portuqaliya milli komandalarının oyunu zamanı stadionda "İstefa!" şüarının səslənməsinə münasibət bildirib və deyib ki, Berti Foqts peşəkardır və öz işinin öhdəsindən yaxşı gəlir.

"Berti Foqts işini sevə-sevə görür", - AFFA prezidenti əlavə edib.

Abdullayev hamı kimi Azərbaycanın Portuqaliyaya uduzmasından təəssüfləndiyini vurğulayıb.

"Hücumçu Rauf Əliyevin qırmızı vərəqə alması komandamıza psixoloji təsir etdi. Bundan əlavə, bəzi azarkeşlərin "İstefa!" və arzuolunmaz şüarlar səsləndirməsi futbolçulara psixoloji təsir edirdi", - AFFA prezidenti bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30