19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Qarabağ"la qarşılaşma finaldı"

"İddiamızı davam etdirmək üçün hər xal bizim üşün önəmlidir. Hər zaman deyirik ki, ölkəmiz üçün çıxış edirik. Sabah qələbə qazanmaq istəyirik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Türkiyə klubunun çalışdırıcısı sabahkı oyunda ancaq qələbə haqda düşündüklərini bildirib: "İki oyunda 4 qol vurmuşuq. Deməli, qol vura bilirik. Sabahkı matçda yalnız qələbə haqqında düşünürük. Bütün riskləri göz önünə alacağıq. Bəzi zədəli oyunçularımız var. "Qarabağ"la matç bizim üçün finaldır. Bunu yaxşı şəkildə bitirmək istəyirik. Öz komandama güvənirəm və hər şey qaydasında getsə, bu qrupdan çıxacağımıza inanıram".

57 yaşlı mütəxəssis bu turnirdə hakimlərin onların əleyhinə bir neçə qərar verdiyini də qeyd edb: "Heç vaxt hakim səhvlərindən qələbə qazanmamışıq. Amma Türkiyədə eyni səbəbdən uduzduğumuz görüşlər olub. İki turda da bizim əleyhimizə penalti veriblər. Hakimin kim olacağının fərqi yoxdur. "Makkabi" ilə görüşə çox itkilərlə çıxmışdıq. Onların 12 ehtiyat oyunçuları var idi, bizdə isə 5 idi. Pis oynadığımızı düşünmürəm. Sabahkı görüş milli komandanın oyunu qədər önəmlidir. Çox oyunçu zədəlidir və bəzi oyunlarda problemlə üzləşirik. Əlimizdəki oyunçulardan istifadə edəcəyik".

Xatırladaq ki, sabah “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” - “Qarabağ” görüşü Bakı vaxtı ilə 21:55-də başlayacaq.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30