19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qarabağ" Sivasda Dövlət Himni və gül-çiçəklə qarşılandı

Avropa Liqasının I qrupunun III turunda Türkiyədə "Sivasspor"la üz-üzə gələcək "Qarabağ" komandası Sivas hava limanında xoş sürprizlə qarşılaşıb.

Futbolxeber.az saytının Ağdam klubunun rəsmi Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, Sivas valiliyi və Sivas Milli Təhsil İdarəsi tərəfindən komandanın baş məşqçisi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və "Qurani-Kərim" hədiyə olunub.

Daha sonra xüsusi ansambl Azərbaycan Respublikasının Dövlət Himnini və Türkiyənin İstiqlal Marşını səsləndirib.

Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30