20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Əfran 250-yə çatdı

Premyer Liqanın VIII turu Əfran İsmayılov üçün yubileylə əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi ölkə çempionatlarında 250-ci matçını keçirib.

“Səbail”in futbolçusu “Zirə” ilə səfər qarşılaşmasında (0:0) start heyətində yer alaraq yubileyini gerçəkləşdirib. İsmayılovun hesabında 40 qol var.

Əfranın debütü 2006/07 mövsümündə baş tutub. Həmin vaxt “Qarabağ”ın şərəfini qoruyan yarımmüdafiəçi bu klubda 163 oyunda 22 qol vurub.

O, həmçinin “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Keşlə” (25 oyun, 3 qol), “Xəzər Lənkəran” (10 oyun, 1 qol), “Sumqayıt” (20 oyun, 3 qol) və “Səbail”in (5 oyun, 1 qol) formasını geyinib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30